“Dayanıqlı sülhün təməli – mədəni irs” adlı panel təşkil olundu

“Dayanıqlı sülhün təməli – mədəni irs” adlı panel təşkil olundu
25 may 2022
# 18:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Şuşada keçirilən “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusundakı beynəlxalq konfransda iştirak edib.

Kulis.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ev sahibliyində həyata keçirilib.

Fondun prezidenti Günay Əfəndiyeva konfransda “Dayanıqlı sülhün təməli - mədəni irs” adlı paneldə çıxış edib.

Konfransda Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreev, TÜRKSOY-un Baş katibi Sultan Rayev və digər beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, mütəxəssislər iştirak ediblər.

Konfransda mədəniyyətlərarası dialoqun əhəmiyyəti, tarixi, mədəni irsin qorunması, post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində memarlıq abidələrinin bərpası və digər məsələlərlə bağlı fikirlər müzakirə olunub.

# 2192 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər