Davanı videoya çəkmək istəyən qadını... - Aqşin Fateh məhkəmədə

Davanı videoya çəkmək istəyən qadını... - Aqşin Fateh məhkəmədə
9 fevral 2024
# 09:35

Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.

Kulis.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.

Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.

Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonunu əlindən alaraq yerə çırpıb.

Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib.

Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib.

# 3058 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər