Çox zəif seriallar çəkilir - Əməkdar artistdən sərt tənqid

Çox zəif seriallar çəkilir - Əməkdar artistdən sərt tənqid
25 iyun 2023
# 12:23

"40 ilə yaxındır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində dərs deyirəm. Mən desəm ki, aktyorlarımız zəifdir, bu artıq söz olar və öz əksimə getmiş olaram. Hər şey göz qabağındadır".

Kulis.az xəbər verir ki, bu fikirləri Əməkdar artist Azad Şükürov deyib.

Onun sözlərinə görə, hazırda teatrlarda kifayət qədər gənc işləyir və bu gənclər çox uğurlu əsərlər ortaya qoyur.

"Müstəqil teatrlar da yaranmaqdadır. Çox istedadlı gənclərimiz var, lakin onların əksəriyyəti bəzən səhnədən, teatrdan kənarda qalırlar və özlərinə iş tapa bilmirlər. Görünür, müəyyən işlər həyata keçirilməlidir. Bu gün seriallar çox çəkilir. Onların arasında çox zəifləri də var ki, bu da son dərəcə normaldır. Bunu "Seriallar bazar"ı da adlandırmaq olar. Burda həm keyfiyyətli, həm də keyfiyyətsiz məhsullar var. Təkcə kino və teatr sahəsində deyil, digər sahələrdə də uğurlu gənclər yetişməkdədir və onların gələcəyinə inanıram. Sadəcə onlara daha çox şərait yaratmaq lazımdır. Gənclərin ortalığa çıxmasında Heydər Əliyev Fondu müəyyən işlər görür, amma çox yaxşı olardı ki, digər strukturlar da bu prosesdə fəal iştirak etsinlər".

faktmedia.az

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər