Conni Depp və Amber Herdın məhkəməsi serial olur

Conni Depp və Amber Herdın məhkəməsi serial olur
19 may 2023
# 15:00

Bu həftəsonu Məşhur aktyor Conni Depplə keçmiş həyat yoldaşı Amber Herd məhkəməsindən bəhs edən mini-sənədli serialın premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə NME məlumat yayıb.

Layihə Böyük Britaniya kanalı Kanal 4-də yayımlanacaq. "Depp and Heard" adlı mini-serialda dünyada milyonlarla insanın izlədiyi Hollivud məhkəməsindəki proses əvvəldən axıradək göstəriləcək.

“Serial məhkəmədəki bəzi qeyri-adi məqamları və onun ictimaiyyətə təsirini araşdırmaq üçün məhkəmə zalındakı görüntüləri, xəbər mənbələrini, mövcud müsahibələri və müxtəlif sosial media platformalarından istifadəçi tərəfindən yaradılan məzmunu bir araya gətirərək ilk dəfə Depp və Heardı birləşdirəcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Conni Depp 2010-cu ildə "The Rum Diary" filminin çəkilişlərindəAmber Herd ilə tanış olub. Onlar görüşməyə başlayıb və 2015-ci ildə evləniblər. 2017-ci ildə Amber Herd aktyoru məişət zorakılığında ittiham edərək boşanmaq üçün məhkəməyə müraciət edib. 2019-cu ildə Deppin vəkilləri onu böhtan atmaqda ittiham edərək əks iddia qaldırıblar.

Məhkəmə 2020-ci ilin aprelində başlayıb və 2022-ci ilin iyununda başa çatıb. 2022-ci il iyunun 1-də məhkəmə Amber Herdi Conni Depə 10 milyon dollar təzminat ödəməyə məcbur edib. Aktrisa qərardan apellyasiya şikayəti verib.

2022-ci ilin dekabrında isə Heard iddianı geri götürüb. Tərəflər razılığa gəliblər, aktrisanın sığorta şirkəti onun keçmiş ərinə 1 milyon dollar ödəyəcək.

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər