İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı -[b] FOTOLAR[/b]

İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı -[b] FOTOLAR[/b]
20 noyabr 2019
# 15:30

Noyabrın 20-də Şirvanşahlar Sarayında “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı olub.

APA-nın məlumatına görə, açılışda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək, noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin keçirildiyini bildirib.

Onun sözlərinə görə, biennalenin strateji hədəfi müasir incəsənətin inkişafı, xarici ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllərin Azərbaycanla uzlaşdırılması və rəssamlar arasında dialoq yaradılmasıdır: “Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Azərbaycandan isə biennaledə 30-dək rəssam iştirak edir. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək və bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar. Bu da onu göstərir ki, həqiqətən Azərbaycanda müasir incəsənət sahəsində görülən işlər öz bəhrəsini verib və bizim ölkə dünya səviyyəsində bir mədəniyyət ölkəsi kimi tanınır, qəbul edilir”.

Sonra İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova və biennalenin kuratoru Dilara Vahabova çıxış ediblər.

Gallery

Çıxışlardan sonra qonaqlar ekspozisiyalarla tanış olublar.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Gallery

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Gallery

# 2759 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər