Londonda azərbaycanlı rəssamın sərgisi açıldı - Foto

Londonda azərbaycanlı rəssamın sərgisi açıldı - Foto
30 aprel 2021
# 18:46

Londonun “Gazelli Art” qalereyasında azərbaycanlı rəssam Aydan Salahovanın “The Dust Became the Breath” (Toz Nəfəs Oldu) adlı incəsənət sərgisi açılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, qalereyanın direktoru Mila Əsgərova Azərbaycandan olan sənətkarların əsərlərinin sərgiləndiyi beynəlxalq bir platformanın olmasının və regionun Britaniyada tanıdılmasının əhəmiyyətinə toxunub.

Kurator Fərəh Piriye sərginin adının Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərindən ilhamlandığını qeyd edib: “Əxlaqi və mənəvi rəhbərliyə yönəlmiş etik-fəlsəfi poemada tozlar keçmişimizin ruhlarına bənzədilir. Bu sərgi də bizim şəxsi və kollektiv təcrübələrimizə nəzər salır, indiki kimliyimizi araşdırmaq üçün tariximizin çətin tərəfləri ilə üzləşir”.

Britaniyada olan koronavirus məhdudiyyətləri səbəbindən rəssam sərgidə iştirak edə bilməsə də, Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniyada yaşayan azərbaycanlı və əcnəbi sənətsevərlər açılışda iştirak ediblər.

Qeyd edək ki, sərgi 29 aprel-6 iyun tarixləri arasında davam edəcək.

Xatırladaq ki, Moskvada yaşayan rəssam 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalardan olan “Aydan” qalereyasını açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.

# 4202 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər