"Qarabağ da şəhid olmuşdu" - Qulu Ağsəs azad olunan kəndlərindən danışır - Video

"Qarabağ da şəhid olmuşdu" - Qulu Ağsəs azad olunan kəndlərindən danışır - Video
12 yanvar 2021
# 11:28

“Mənim yaddaşımda, mənim qələmimdə heç vaxt işğal olunmadı Qarabağ”

Kulis.az xəbər verir ki, bu sözləri APA TV-yə dəfə Ağdam rayonunun Abdal-Gülablı kəndindən olan şair Qulu Ağsəs söyləyib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qədər özünün ən gəlhagəlli, çal-çağırlı günlərini yaşayıb Abdal-Gülablı. Həm də özünəməxsus adət-ənənələri ilə seçilib:

“Bizim kənddə saata baxmazdılar. Gün batanda yatardı camaat, gün çıxanda oyanardı. Mənim yadımdadır ki, atın üstündə heç kim özündən böyüyə salam verməzdi. Bir insan yolla gedərkən qarşısına ondan yaşca böyük insan çıxsa, mütləq atdan enib salam verməli idi. Toyları iki və ya üç gün davam edirdi. Heç bir elektrik avadanlığı olmadan, mikrofonsuz oxunurdu”.

Qulu Ağsəs Qarabağın onun qələmində heç vaxt işğal olmadığını bildirib:

“Mən orda qoyub gəldiklərimi təzədən canlandırmağa çalışdım. Sanki hər şey var imiş kimi. Mənim yaddaşımda, mənim qələmimdə heç vaxt işğal olunmadı Qarabağ. Hətta öz essemdə yazmışdım ki, bilirəm bu yerlər yoxdur, bilirəm bu yerlər işğaldadır, amma mən məhz bu yazımda Qarabağın bir qarışını da düşmənə verməyəcəyəm, onunla sağ kimi danışacağam. Deyirlər, şəhidlər ölmür. Qarabağ da şəhid olmuşdu və sübut olundu ki, şəhidlər ölmür. Ən gözəli budur ki, biz onu öz ordumuzun gücü ilə geri qaytardıq”

# 2985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər