“Nizami və tarix” monoqrafiyasının ikinci nəşri çapdan çıxdı

“Nizami və tarix” monoqrafiyasının ikinci nəşri çapdan çıxdı
15 mart 2021
# 19:40

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və tarix” monoqrafiyasının ikinci nəşri çapdan çıxıb.

Kulis.az xəbər verir ki, monoqrafiyada Nizami Gəncəvinin yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə problemi müxtəlif rakursdan nəzərdən keçirilib və bunun şairin ideya-estetik qayəsinə xidmət səviyyəsi müəyyənləşdirilib. Akademik Teymur Kərimlinin ön sözdə qeyd etdiyi kimi, illər öncə aparılan araşdırmaya müəyyən korrektə və əlavələr edilib, dövlət müstəqilliyimizin daha da gücləndiyi bir şəraitdə, çağdaş təfəkkür işığında yenidən nəzər salınıb.

Yeni nəşrdə “Xəmsə”nin yazıldığı tarixi şərait”, “Xəmsə”də Məhəmməd peyğəmbərin obrazı: tarixi şəxsiyyət və dini ideal”, “Nizaminin məmduhları”, “Nizami yaradıcılığında antropomorf cizgilər kəsb etmiş Tanrı obrazı ilk tarixi şəxsiyyət kimi” sərlövhəli hissələr yer alıb. Monoqrafiyada “Xəmsə”də tarixi şəxsiyyət və mühit, hökmdar surətlərinin tarixi təkamülü, həmçinin “Xəmsə” poetikasının tarixi rolu, yaxud “Xəmsə”nin tarixi poetikası məsələlərinə aydınlıq gətirilib.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, nəşrə hazırlayanı Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. İlk dəfə 2002-ci ildə nəşr olunan monoqrafiya dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yenidən işlənərək çap edilib.

Kitabın cildində Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlinin “Nizami” portretindən istifadə olunub.

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər