"Min bir gecə" baletinin videoversiyası üzərində işlər tamamlanıb

"Min bir gecə" baletinin videoversiyası üzərində işlər tamamlanıb
25 mart 2021
# 17:01

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin Mariinski Teatrı tərəfindən videoversiyası üzərində tamamlama işləri yekunlaşıb.

Kulis.az xəbər verir ki, 20 milyon izləyicisi olan Mariinski TV platformasında nümayişi planlaşdırılan balet bu ilin yanvarında Mariinski Teatrının yeni səhnəsində ifası zamanı lentə alınıb. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.

“Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri Eldar Əliyev (ABŞ), quruluşçu-rəssamı Petr Okunev (Rusiya), işıq üzrə rəssamı Sergey Martınov (Rusiya) və videorəssamı Vadim Dulenkodur (Rusiya). Tamaşanın ideya müəllifi və rəhbəri Mariinski Teatrının direktoru və bədii rəhbəri, dünya şöhrətli dirijor Valeri Gergievdir. Maestro Valery Gergiev yanvarda Mariinski Teatrının Primorski səhnəsinin qastrol səfəri zamanı baleti izləyərək ona yüksək qiymət verib və onu teatrın repertuarına daxil etməyi təklif edib.

Əsərdə əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər.

Qeyd etmək lazımdır ki, Mariinski Teatrı Rusiya və dünyanın ən möhtəşəm sənət məbədlərindən biridir.

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər