“Azərbaycan nağılları” Niderland Krallığında nəşr edilib

“Azərbaycan nağılları” Niderland Krallığında nəşr edilib
27 may 2021
# 09:48

Niderland Krallığında “Azərbaycan nağılları” kitabı holland dilində işıq üzü görüb.

Kitab Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin təşəbbüsü, təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Nağıllarımızın Azərbaycan dilindən holland dilinə tərcüməsi, onlara rəngli milli koloritdə illüstrasiyaların hazırlanması və nağıllar toplusunun nəşriyyatda çap edilməsinə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri cəlb edilib. Nağıllar kitabında “Cırtdan”, “Göyçək Fatma”, “Usta və şəyirdi”, “Tənbəl Əhməd” və “Daşdəmir” kimi qədim Azərbaycan nağılları yer alıbdır.

İlk Azərbaycan nağılları kitabının Niderlandda nəşri 28 may- Respublika Günü ərəfəsinə təsadüf edir. Kitabın Haaqa Uşaq muzeyində təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

1 iyun- Beynəlxalq Uşaq Günündə “Azərbaycan nağıllar” kitabı uşaq bağçalarına, məktəblərə, uşaq xəstəxanalarına, reabilitasiya məktəblərinə, elm və mədəniyyət ocaqlarına, Kral kitabxanasına, ölkə parlamentinin kitabxanasına, Təhsil Nazirliyinə və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarına hədiyyə ediləcəkdir.

Holland dilinin Belçika, Surinam, İndoneziya, Cənubi Afrikada qismən istifadə edildiyini nəzərə alaraq, kitabın həmin ölkələrdə yayılması səfirlik tərəfindən həyata keçiriləcək. Gələcək də də oxşar layihələrin reallaşmasında Niderland və ona qonşu ölkələrdə yaşayan azərbaycanlı fəallarının imkanlarından istifadə olunacaq. /azertag.az/

# 3497 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər