“Azərbaycan kino salnaməsi” kitabı çap olunub

“Azərbaycan kino salnaməsi” kitabı çap olunub
30 mart 2021
# 10:01

Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb. “Azərbaycan kino salnaməsi” kitabının elmi redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, “Azərbaycan kino salnaməsi” ikicildliyi 1898–2018–ci illərdə ölkəmizdə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir.

Mövcud “Azərbaycan kino salnaməsi”nin 1–ci cildinə 1898-2018–ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və “Mozalan” satirik kinojurnalının bədii süjetləri daxil edilib. Nəşrdə, eyni zamanda “Bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” də verilib.

Kinosalnamə kino mütəxəssislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunan, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub.

# 2717 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər