Əcnəbi tələbələri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etdi - Foto

Əcnəbi tələbələri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etdi - Foto
26 aprel 2021
# 15:17

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə əvvəlcə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub.

Kulis.az xəbər verir ki, universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, ali təhsil ocağının rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq göstərməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı idi. O, dünya dinlərinə bələd olduğu üçün “Şeyx” adlandırılıb, dünyəvi elmlərə ustalıqla yiyələnib. Əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsdən bəhrələnməyi tövsiyə edib.

Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərinin bədii qiraət nümunələrindən ibarət videoçarx nümayiş olunub.

Sonda xarici tələbələr Nizami Gəncəvinin şeirlərini bədii qiraət edib, şairin poemalarından hissələri səhnələşdiriblər.

Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

# 2872 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər