Çingiz Aytmatovun qardaşı vəfat etdi

Çingiz Aytmatovun qardaşı vəfat etdi
27 avqust 2024
# 14:51

Çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə Çingiz Aytmatovun qızı Cəmilə Aytmatova sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu gün səhər saat 5.40-da atamız İlgiz Aytmatov dünyasını dəyişdi".

Qeyd edək ki, İlgiz Aytmatov 1931-ci il fevralın 8-də Qırğızıstanın Bişkek şəhərində (keçmiş Frunze) dövlət xadimi Törekul və müəllim Naqimə Aytmatovun ailəsində anadan olub.

1954-cü ildə Moskva Elmi-Tədqiqat Geologiya İnstitutunun mühəndis-kəşfiyyat fakültəsini bitirən İlgiz Aytmatov 1985-ci ildə “doktor”, 1991-ci ildə “professor” elmi adını alıb.

Ömrünü elmə həsr etmiş İlgiz Aytmatov 1990-1993-cü illərdə Qırğızıstan Elmlər Akademiyasının prezidenti işləyib..

Akademiyanın nəzdində Geologiya İnstitutunda işləyən İlgiz Aytmatovun 218-dən çox elmi əsəri, o cümlədən 7 monoqrafiyası nəşr olunub və 15 ixtiranın patentini alıb.

Ülvi Bahadır

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər