Çingiz Aytmatovun heykəlinin ucaldılacağı yer açıqlandı

Çingiz Aytmatovun heykəlinin ucaldılacağı yer açıqlandı
22 avqust 2023
# 12:31

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin yeri məlum olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

Sözügedən yer təklif edilən 3 ərazi içərisindən seçilib.

Artıq ərazidə hazırlıq işləri başlayıb.

Xatırladaq ki, abidənin hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi 15 iyun – 31 iyul 2023-cü il tarixlərində açıq müsabiqə keçirib.

Təqdim olunan 21 eskiz layihə Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndirilib və Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi layihə uğurlu hesab olunaraq qalib elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

# 3148 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər