Çingiz Aytmatovun 100 illik yubileyinə hazırlıq başlanıb

Çingiz Aytmatovun 100 illik yubileyinə hazırlıq başlanıb
7 oktyabr 2025
# 14:30

Qırğızıstan Prezidenti Sadır Japarov görkəmli yazıçı Çingiz Aytmatovun 100 illik yubileyinə hazırlıq və 2028-ci ilin “Çingiz Aytmatov ili” elan edilməsi ilə bağlı Fərman imzalayıb.

Kulis.az xarici mediaya istinadla xəbər verir ki, Prezident 2026-cı ilin birinci rübünün sonuna qədər böyük ədibin 100 illik yubileyinə həsr olunmuş müfəssəl tədbirlər planının təsdiq edilməsi tapşırığını verib.

Plana Şəkər kəndindəki “Çingiz Ordo” Memorial Muzey Kompleksinin adının dəyişdirilərək “Aytmatov aləmi” adlandırılması və tikintisinin başa çatdırılması, muzey infrastrukturunun beynəlxalq mədəni turizm standartlarına uyğunlaşdırılması, xaricdə beynəlxalq sərgilərin, konfransların və mədəni tədbirlərin təşkili, UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində yubiley tədbirlərinin keçirilməsi daxildir.

Bununla yanaşı, ədəbiyyat, fəlsəfə, diplomatiya və humanizm sahələrində görkəmli nailiyyətlərə görə Çingiz Aytmatov Beynəlxalq Mükafatının təsis edilməsi, görkəmli yazıçının əsərlərinin akademik toplusunun dövlət, rəsmi və digər dillərdə nəşri, onun həyat və yaradıcılığından bəhs edən bədii və sənədli filmlərin yaradılması, mədəni-maarif tədbirlərinin keçirilməsi, küçələrə, məktəblərə, kitabxanalara və digər obyektlərə Aytmatovun adının verilməsi, “Tarixi hadisələr” seriyasından 100 som nominalında “Çınqız Aytmatovun 100 illiyi” kolleksiya qızıl sikkəsinin buraxılması da nəzərdə tutulur.

Qeyd edək ki, tədbirlərin maliyyələşdirilməsi həm respublika büdcəsi, həm də büdcədənkənar və beynəlxalq mənbələr hesabına həyata keçiriləcək.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər