Çindəki qədim rəsmlərin sirri – İnsan qanından istifadə edilib?

Çindəki qədim rəsmlərin sirri – İnsan qanından istifadə edilib?
19 avqust 2026
# 12:50

Çinin cənubunda yerləşən Xuaşan qayaüstü rəsmlərinin şiddətli yağışlara, yüksək temperatura və tayfunlara baxmayaraq, 2 min ildən çox necə qorunub saxlanıldığı elmi araşdırmalar nəticəsində bəlli olub.

Kulis.az xəbər verir ki, "Journal of Archaeological Science" jurnalında dərc olunan tədqiqata əsasən, qədim rəssamlar boyanın qayaya möhkəm yapışmasını təmin etmək üçün əhəng və insan qanından ibarət qeyri-adi bağlayıcı qarışıqdan istifadə ediblər.

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən və eramızdan əvvəl V əsrlə eramızın II əsri arasında Luoyue xalqı tərəfindən çəkildiyi bildirilən bu rəsmlər qum və dəniz qabıqlarından fərqli olaraq xüsusi texnika ilə ərsəyə gətirilib.

Qırmızı piqment yerli qırmızı gildən əldə olunub.

Analizlər zamanı boya nümunələrində insan zülalları tapılıb ki, bu da tərkibdə insan qanının olduğunu sübut edir.

Alimlər ehtimal edirlər ki, təsvirlər iki mərhələli üsulla çəkilib: əvvəlcə qayaya sönmüş əhəng, kalsium-fosfat və qandan ibarət məhlul çəkilib, sonra isə qurumamış qırmızı piqment tətbiq edilib.

Qandakı zülallar piqment hissəciklərinin ətrafında sıx mineral təbəqə yaradaraq boyanı qayanın daxilinə keçirib. Bu da əsərlərin minilliklər boyu silinmədən günümüzədək gəlib çatmasına şərait yaradıb.

# 589 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər