Çərkəz Məcid haqqında yazılmış kitabın təqdimatı keçirildi

Çərkəz Məcid haqqında yazılmış kitabın təqdimatı keçirildi
8 iyun 2024
# 13:20

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum şairimiz Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən "İkinci ömür" adlı kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirə tanınmış şair Yusif Nəğməkar aparıcılıq edib.

Çərkəz Məcidin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün ilk söz Çərkəz Məcidin oğlu Əli Çərkəzoğluna verilib. Geniş çıxış edən Əli Çərkəzoğlu tədbir iştirakçılarına və kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elşad Barata təşəkkürünu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, şair Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza, yazıçı-publisist Bahəddin Həzi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, "Mirvari Dilbazi porziya məclisi" İctimai Birliyinin sədri, yazıçı Güllü Tomarlı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev və başqa bir çox ədəbiyyat, mədəniyyət, media nümayəndələri çıxış ediblər. Qiraətçilər tərəfində Çərkəz Məcidin şeirləri səsləndirilib. Sonra xatirə şəkli çəkilib.

# 2571 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər