“Cənnət yuxusu” bədii-sənədli filmi təqdim edilib

“Cənnət yuxusu” bədii-sənədli filmi təqdim edilib
12 mart 2025
# 09:22

Film Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunub

Heydər Əliyev Mərkəzində görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində istehsal olunub. Ekran əsəri Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edir.

Filmin təqdimatından sonra çıxış edən filmin quruluşçu rejissoru Elxan Cəfərov, Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Yavər Rzayev filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Eyni zamanda, ilk dəfə olaraq film ərzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-Segah” simfonik muğamından istifadə edilib.

# 3225 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər