"Çəkməli it" filminin quruluşçu rəssamı vəfat etdi

"Çəkməli it" filminin quruluşçu rəssamı vəfat etdi
19 iyun 2026
# 11:30

Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rəssam və multiplikator İqor Makarov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə təşkilatın "VKontakte" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.

Təşkilatın yaydığı bəyanatda onun ölümü ilə bağlı bu sözlər qeyd olunub:

"Kino və televiziyanın multiplikasiya klassiki, karikaturaçı, şarj ustası, rəssam, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Makarov İqor Arkadyeviç artıq yanımızda deyil".

İqor Makarov keçmiş Stroqanov adına Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin tətbiqi incəsənət fakültəsini bitirib. O, uzun və məhsuldar karyerası ərzində həm teatr, həm televiziya, həm də kino sahəsində bir çox yaddaqalan işlərə imza atıb.

Qeyd edək ki, o, "Çox mavi saqqal", "Çəkməli it", "Kontaktlar... Konfliktlər...", "Stereotiplər", "Yoksel-Moksel" və digər məşhur cizgi filmlərinin quruluşçu rəssamı olub. Televiziyanın Musiqi proqramları baş redaksiyasının quruluşçu rəssamı kimi fəaliyyət göstərib. "Artloto", "Gülüş ətrafında", "Benefis" və digər məşhur televiziya proqramlarının dekorasiyalarının müəllifi olub. 30-a yaxın teatr tamaşasında rəssam kimi çıxış edib. Rusiyanın "REN TV" teleşirkətinin baş rəssamı vəzifəsində çalışıb.

# 959 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər