Çəkilmiş xərclər qismən geri ödəniləcək - Sərəncam

Çəkilmiş xərclər qismən geri ödəniləcək - Sərəncam
18 iyun 2025
# 13:00

Nazirlər Kabineti ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib.

Kulis.az xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək.

Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulur.

Qərar Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan marağı əhəmiyyətli dərəcədə artıracaq, bununla ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcək. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə müvafiq Sərəncam imzalayıb.

# 1745 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər