Ceki Çan super qəhrəman rolunu oynamaq istəyir

Ceki Çan super qəhrəman rolunu oynamaq istəyir
5 may 2023
# 12:00

Aktyor Ceki Çan "socialbites.ca" saytına müsahibəsində super qəhrəman rolunu oynamaq istədiyini bildirib.

Kulis.az xəbər verir ki, Çan oxşar rol üçün rejissordan dəvət alacağına ümid edir. Ancaq ulduz tamaşaçıların onu super qəhrəman kimi izləməkdə maraqlı olacağına şübhə edir, çünki bu cür layihələrdə qrafika və xüsusi effektlərdən istifadə olunur.

“Görürsən, tamaşaçılar əsl Ceki Çanı görməyi sevirlər. Texnologiyanın irəliləməsinə baxmayaraq, onlar hələ də Cekinin hər şeyi özünün etməsini izləməkdə maraqlıdırlar. Onlar Cekinin Hörümçək adam və ya Supermen rolunu oynamasına baxmaq istəmirlər. Yazıq mən (gülür)! Amma ümid edirəm ki, hansısa rejissor məni super qəhrəman roluna çağırar!” – deyə aktyor müsahibədə qeyd edib.

69 yaşlı Çan eyni zamanda kinodakı bəzi tamaşalar və texnikalar üçün artıq gənc sayılmadığını qeyd edib:

“Mən bilirəm ki, artıq gənc və əvvəlki kimi deyiləm. Amma yenə də bacardığımı etməyə çalışıram. Deyək ki, mən artıq qoşa zərbələr kimi şeyləri göstərə bilmirəm. Məsələn, kimsə məni itələyir, mən kreslodan yapışır və tullana bilirəm. Tamaşaçılar isə “Vay! Jackie! Bu yaşda ona başqa bir şey ola bilər! deyib mənim üçün yenə də narahat olurlar”.

Jackie Chan - IMDb

# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər