Cavidan Novruz: "Amansız ölüm atama imkan vermədi bunu görsün"

Cavidan Novruz:  "Amansız ölüm atama imkan vermədi bunu görsün"
19 iyul 2024
# 11:19

Mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz Rusiyada seriala çəkilir.

Kulis.az xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. O bildirib ki, uzun müddətdir Moskvadadır:

"İşlərimə ciddi yanaşmaq üçün bir müddət hər şeydən tam uzaq olmağı özümə məsləhət bildim. Yeni mövsümdə çox gözəl yeni işlərlə, lahiyələrlə qarşınızda olacağam. Hazırda Moskvada çoxseriyalı "Qovulmuşlar" serialında rol alıram. Bunu ilk dəfə sizinlə bölüşürəm. Fotoda yanımda dayanan istedadlı Serqey Çekalovdur. O, ekranlardan sevə-sevə rus kanallarında izlədiyimiz bir çox aktyorlarla çalışan, serialların, filmlərin rejissorudur. Belə məsuliyyətli işdə olmağıma görə birinci Allaha təşəkkür edirəm.

Sadəcə, bir məyusluğum var: çox heyif, amansız ölüm atama izin vermədi uğurlarımı görsün. Çünki çox istəyirdi mənim uğurlarımı görməyi. Amma bir az rahatam ki, arzusu gerçəkləşdi.

Yeni mövsümdə Azərbaycanda da daha reytinqli layihə ilə qarşınıza çıxacağam".

# 3324 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər