Cahangir Novruzov: "Nəsibə Zeynalova iki dəfə nazirin yanına xahişə gedib"

Cahangir Novruzov:  "Nəsibə Zeynalova iki dəfə nazirin yanına xahişə gedib"
11 iyul 2023
# 11:30

"Türkiyəyə getməyim anam Nəsibə Zeynalovanın xəstəliyi ilə bağlı idi. İllər əvvəl mənə dedilər ki, Cahangir bəy, sizin Türkiyəyə getməyiniz hamımızı çaşdırdı. Nəsibə xanımın və sizin açmayacağınız qapı yox idi. O zamanlar elə bir nazir yox idi ki, mənə nədəsə köməklik etməsin. Onlar deyirdilər ki, sabah saat 11-də gəl, görüşək. Mən də heç vaxt özüm üçün nəsə xahiş etməzdim".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı "Söhbət var" verilişində deyib. O, anası, mərhum Xalq artisti Nəsibə Zeynalovadan bəhs edib:

"Nəsibə xanım mənim üçün iki dəfə nazirin yanına xahişə gedib: Birincidə mən əsgər getmək istəyəndə, noyabra kimi gözləmək istəmədim. Murtuz Quliyevin yanına getdik. Nəsibə xanım dedi ki, istəyirəm oğlum indi əsgər getsin. İkincidə isə anam Zakir Nərimanovun yanına gedib bildirdi ki, oğlum Cahangir Musiqili Teatrda işləmək istəmir. O, təyinatının Şəkiyə olmasını istəyir. Başqa məsələdən ötrü mənim üçün xahiş olunmayıb".

C.Zeynallı Türkiyəyə köçməsinin səbəbini açıqlayıb:

"Anam Nəsibə xanım atamın vəfatından sonra iflic olmuşdu. O, böyük stress keçirmişdi. Onu atamdan sonra 10 il yaşada bildim. Dərmanlarını və digər ehtiyaclarını qarşılamaq üçün Türkiyəyə yollandım. Açığı deyim ki, həyat yoldaşımla Türkiyədə 3-5 il yaşamağa getmişdik. Amma getdim, işlər dəyişdi".

# 4964 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər