"Buratino" nümayiş olundu

"Buratino"  nümayiş olundu
5 mart 2024
# 12:31

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı” görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, bədii rəhbər Nigar Zeynalova, səhnə tərtibatı Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, rəqslərin quruluşu Günel Təhməzova, xormeyster Leyla Muradzadə, rəssam Səriyyə Teymurova, musiqi tərtibatı Zaur Rəşidova məxsusdur.

Uzun zamandır ki, çıxışlarına böyük həvəslə hazırlaşan balaca aktyorlar həm məsuliyyətin verdiyi həyəcan, həm də sevinc hissləri ilə səhnədə dolub daşırdılar. Sanki hər biri öz rolunu ifa etmək üçün səhnəyə can atırdılar. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə aparıb. Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunub. Tamaşa zamanı rəngarəng rəqslər, nağıllar aləminin müxtəlif qəhrəmanları da iştirak edib. Maraqlı yanaşması, rəngarəng geyimləri və dekorasiya həlli ilə yadda qalan tamaşa uşaqlar tərəfindən alqışlarla qarşılanıb.

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər