"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama

"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama
6 mart 2025
# 17:00

Əməkdar artist Mehriban Xanlarova müsahibəsində Milli Dram Teatrının rəhbəri Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisa gətirdiyini iddia etmişdi.

Kulis.az sözügedən məsələ ilə bağlı teatrın açıqlamasını təqdim edir.

Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib.

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.
Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib. Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s. daxildir.

Son iki ildə teatr ciddi uğurlara imza atıb. Aleksandrinski Teatrında "İblis və..." tamaşasının premyerası keçirilib. Bu, Azərbaycan teatr tarixində olmayan hadisədir. Belarus və Gürcüstan milli teatrları ilə Memorandum imzalanıb. 2025-ci il ərzində hər iki ölkəyə qastrol səfərləri olacaq.

Günəş Tekin dəvətli aktrisa hesab olunmur. O, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək.

Ümumiyyətlə, teatrın truppasının potensialını gücləndirmək, yeni yaradıcılıq işlərinə aktyor bazası yaratmaq üçün digər teatrlardan aktyorların dəvət olunması hər zaman baş verib və bu, zəruri yaradıcı prosesdir. Tarixə nəzər salsaq, müxtəlif teatrlardan dəvət olunan gənc, orta və yaşlı aktyorlar Akademik Milli Dram Teatrında tamaşalara dəvət olunub və bu gün teatrın ən tanınmış üzvlərinə çevriliblər. Misal olaraq, Fatma Qədirinin, Leyla Bədirbəylinin, Nəcibə Məlikovanın, Məlik Dadaşovun, Siyavuş Aslanın adını çəkə bilərik. Həmçinin bu gün teatrımızda çalışan, bir-birindən maraqlı rollar yaradan Cəfər Namiq Kamalın, Əli Nurun, Sabir Məmmədovun, Mehriban Zəkinin, Münəvvər Əliyevanın, Almaz Amanovanın və başqalarının adını qeyd edə bilərik.

Teatrımızın adıçəkilən aktyorlarının etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşırıq. Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər.

# 7372 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər