Bu, "Qafqaz oyunu" deyil, Azərbaycan xalq rəqsidir... - REPLİKA

Bu, "Qafqaz oyunu" deyil,  Azərbaycan xalq rəqsidir... - REPLİKA
19 sentyabr 2026
# 13:20

Kulis.az "Replika" rubrikasında Sevinc Mürvətqızının fikirlərini təqdim edir.

Hərdən sosial şəbəkələrdə qarşıma illər əvvələ aid köhnə lent yazıları çıxır.

Belə videogörüntülər bir andaca insanın xəyalını xiffət qoxan nostalgiyaya aparmaqla yanaşı, bəzən də tarixin danılmaz həqiqətləri haqqında fikrini bildirməyə vadar edir.

Bugünlərdə qarşıma TRT-nin arxivinə aid - 1983-cü ilə anbaan şahidlik edən unudulmaz bir kadr çıxdı: Qars şəhərinin ruhunu, tarixini və onun unudulmaz folklorunu əks etdirən lent yazısı.

Qara-ağ ekran, ötən əsrin səksəninci illərinin sakit, nostalji ab-havası və ekrandakı səslər, baxışlar, əllərin o təmkinli hərəkəti insana qəribə bir doğmalıq aşılayır, dərhal ruhumuza toxunur.

Çünki bu torpağın suyu da, havası da, insanının qürurlu duruşu da hamımıza yaxşı tanışdır.

1983-cü ilin həmin arxiv kadrlarında Qarsın xalq oyunları təqdim olunur. Videonu izlədikcə diqqəti ilk çəkən şey rəqqasların bədəninin dik və məğrur duruşudur. Əyilib-qalxmalarında, əllərini yönləndirmələrində qorunan o ləyaqətli cizgi, insanı illərin o tayındakı bir mədəniyyət ruzgarına aparır.

Amma şəxsən mənim üçün maraqlısı odur ki, bu görüntülər ekranda başqa bir adla – "Qafqaz oyunu" kimi təqdim edilsə də, duyğular və sənətin incə dili bunun tamamilə başqa bir həqiqətdən xəbər verdiyini pıçıldayır.

Bu, milli Azərbaycan rəqsidir. Buradakı qadının süzərək yeriməsi, qolların yumşaq hərəkətləri, kişinin öz tərəf-müqabilini qoruyan, sağ əli göy üzünə, sol əli zərifliklə xanıma tərəf yönəldən o vüqarlı duruşu, eləcə də cütlüklərin birgə ifa tərzindəki plastik elementlər birbaşa Azərbaycan milli rəqs məktəbinin (məsələn, "Mirzəyi" və ya digər təmkinli el oyunlarının) estetik qaydalarını özündə əks etdirir.

Folklor sərhəd tanımır, o, ürəklərin köçdüyü yerdə iz buraxır. Qars bölgəsində, sərhəd boyu yaşanan həyatın ritmi, çalarları və oyunlardakı o incə zəriflik məhz təmiz Azərbaycan ruhunu özündə ehtiva edir.

Bunların hər biri Azərbaycan milli rəqs məktəbinin ecazkar plastikasından bəhs edir. Addımların atılmasından tutmuş, xanımın örpəyini üzünə çəkməsinə qədər...

Tarixin müəyyən dönəmlərində adlar dəyişə bilər, etiketlər fərqli vurğularla təqdim oluna bilər. Amma ruh, ritm və qan yaddaşı heç vaxt yanılmır.

1983-cü ilin o ağ-qara kadrları bizə bir daha xatırladır ki, Qarsın folklor xəzinəsi mədəniyyətlərimizin ortaq və ayrılmaz bir parçasıdır.

# 798 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər