Bu it hərdən-birdən Leyligilin küçəsinə gedir... - İlqar Kamil

Bu it hərdən-birdən Leyligilin küçəsinə gedir... - İlqar Kamil
2 aprel 2025
# 11:50

Kulis.az İlqar Kamilin "Ateistin Tanrı eşqi" yazısını təqdim edir.

Cami yazır, bir dəfə gördülər Məcnun oturub dənizin sahilindəki qumluqda, barmağıyla yerə Leylinin adını yazır, dərhal xırda bir ləpə (sanki qəsdən) hərəkətə keçir, ilan kimi sürünə-sürünə, sürünə-sürünə gəlir və adı silir. Məcnun kefini pozmadan, həvəslə yenidən yazır: Leyli! Ləpə yenidən öz işini görür. Ta hava qaralanacan Məcnun yazır, dəniz silir, dəniz silir, Məcnun yazır...

Görənlər yaxınlaşıb istehza edirlər: bu nə bihudə işdir tutursan, sən bilmirsən ki, sahilə yazılan yazı qalmaz? Məcnun köks ötürür: bilirəm, əlbəttə bilirəm, neyniyim, Leylinin özünə çatmayacağımdan əmin olmuşam deyə mən də beləcə adıyla eşqbazlıq edirəm.

Məncə, möminli kafirli hamımız eyni vəziyyətdəyik, hətta Allahın varlığını inkar etməyin (oxu: ateizmin) də təhtəl-şüuru budur: onun adıyla eşqbazlıq etmək! Mömin yazaraq, ateist silərək - növü, forması mühüm deyil, yetər ki, bir üns olsun, yetər ki, bir kontakt olsun, O olsun, Onunla olsun!

Onunla ünsiyyətin bütün növlərində gizli həzz var.

Küsüb-inciməyin də fəlsəfəsini şair açmışdı axı bir dəfə!

Allahın adıyla bağlı olan hər şey mənalanır, dərinləşir, durulur, həttə mübah olur. Bu mənada ateizmin özü də gizli bir zikrə, ibadətə çevrilir.

Məsələn, Nizami yazır, gördülər, Məcnun dayanmadan bir itin başını tumarlayır, ayaqlarını öpür, ay Məcnun, bu nə işdi, sən hara, it hara, indi də itə meyl salmısan? -dedilər. Gülümsündü zalım oğlu: bu it hərdən-birdən Leyligilin küçəsinə gedir...

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər