Bu gün Radio Günüdür

Bu gün Radio Günüdür
7 may 2026
# 10:09

7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub.

Kulis.az -ın məlumatına görə, 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı Rusiyanın Sankt-Peterburq şəhərində məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim edib.

Bundan sonra A.Popov Şərqi Avropada radionu icad edən adam olaraq tanınıb.

Ancaq Qərbi Avropa Nikola Tesla və Quqlielmo Markonu radionun ixtiraçısı hesab edirlər.

1945-ci il mayın 7-də SSRİ Aleksandr Popovun adı ilə bağlı olan radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram keçirib. Bu tarix Popovun ölümündən həm də 40 il sonra idi. Beləliklə, 1945-ci ildən 7 may tarixini hər il Radio Günü olaraq qeyd etmək qərara alınıb.

Radio Günü rəsmi olaraq Bolqarıstan və Rusiyada xüsusi günlər kimi qeyd olunur.

Müasir informasiya-internet sistemi neçə-neçə alim, mühəndis, texniki nəsil və ümumiyyətlə, rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.

# 672 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər