Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası
6 iyun 2025
# 13:00

Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın yeni üzə çıxan əsəri üçün verilmiş Uyğunluq Sertifikatının saxta olması iddiası ilə bağlı Milli İncəsənət Muzeyinin tabeliyində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasında xüsusi geniş tərkibli iclas keçirilib.

Kulis.az xəbər verir ki, komissiyanın iclasında xalq rəssamları, professor və sənətşünaslıq üzrə fəlsəfə doktorları, eləcə də Vəcihə Səmədovanın ailə üzvləri iştirak ediblər.

Vəcihə Səmədovanın qızı Fatimə Feyzullayeva əsərin başqa bir müəllifə məxsus olduğu fikrini müdafiə edib.

O bundan öncə qardaşı oğlu Aqşin Mirfeyzullayevin də bu əsərin başqa bir müəllifə məxsusluğu ilə bağlı fikirlərinin dəyişmədiyini bildirib.

Səsvermə nəticəsində komissiya əsərin Vəcihə Səmədovaya məxsusluğunu növbəti dəfə təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Vəcihə Səmədovanın nəvəsi rəssam Aqşin Mirfeyzullayev Milli İncəsənət Muzeyinin ekspert komissiyasının rəsm əsərini araşdırmadan ona uyğunluq sertifikat verməsi barədə iddia irəli sürüb.

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər