Braziliyalı rəssam məşhur əsərini kosmosa göndərəcək

Braziliyalı rəssam məşhur əsərini kosmosa göndərəcək
4 avqust 2023
# 12:50

Braziliyalı rəssam Eduardo Kats 1986-cı ildən bu günə qədər çalışdığı "Aqora" (Ágora) adlı əsərini kosmosa göndərmək niyyətində olduğunu elan edib. O, "Ulduz yolu" elmi-fantastik serialının yaradıcısı Cin Roddenberri və ABŞ prezidentləri Corc Vaşinqton, Con Kennedi və Duayt D. Eyzenhauerin DNT-sinin qalıqları ilə birlikdə Aya göndəriləcək.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, holoqramların yaradılması texnikaları ilə uzun müddət eksperiment aparan Kats əsərlərini "holopoem" adlandırır.

Sənət obyektinin özü iki hissədən ibarətdir: bir tərəfi 1,5 santimetr olan, məlumatların kodlaşdırıldığı mikroskopik şüşə kvadrat və işıqlandırılma vasitəsilə yaradılan təsvir.

Lazerin işığı şüşədən 45 dərəcə bucaq altında düşəndə, Ágora sözü yaşıl rənglə proyeksiya olunur.

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər