Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Braziliyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib
21 sentyabr 2024
# 10:00

Sentyabrın 19-da Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və tarzən Səxavət Məmmədovun iştirakı ilə Klaudiu Santoru adına Brazilia Milli Teatrının Simfonik Orkestri tərəfindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və Həsən Rzayevin, eləcə də görkəmli braziliyalı bəstəkar Heytor Villa-Lobosun musiqisi səsləndi. Ənənəvi olaraq, konsert Üzeyir bəyin “Koroğlu” operasından uvertyura İLƏ açıldı.

Tədbirin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Braziliyadakı səfiri Rəşad Novruz konsertin Azərbaycanda hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Gününə həsr olunduğunu, həmin tarixin dahi bəstəkar, Azərbaycan klassik musiqisi və bəstəkarlıq məktəbinin banisi, bütün Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edildiyini bildirdi.

Tədbirdə Braziliya Federal Dairəsinin rəsmiləri, diplomatik korpus və şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Paytaxt Braziliada keçirilən bu konsertdən əvvəl, sentyabrın 14-də Para ştatının paytaxtı Belem şəhərində də musiqiçilərimiz ölkənin tanınmış konsert zalı olan Teatro Da Paz teatrının səhnəsində çıxış etdilər. Qeyd edək ki, 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Belem şəhərində artıq ikinci ildir ki Azərbaycan musiqisi konserti təşkil olunur. Bundan əvvəl, 2023-cü ilin oktyabrında dirijor Abuzər Manafzadə və solistlər Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) digər maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Azərbaycan və Braziliya arasında inkişaf edən mədəni mübadilə çərçivəsində braziliyalı dirijorların ölkəmizdə çıxışları nəzərdə tutulub. Hazırda davam edən XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Teatro Da Paz Simfonik Orkestrinin baş dirijoru Migel Kampos Netonun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xorunun konserti keçiriləcəkdir. Noyabrda isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Brazilianın Klaudiu Santoro Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Klaudiu Koenin iştirakı ilə daha bir konsert proqramının təşkili nəzərdə tutulub.

# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər