BP daha 5 müəllifin kitabını nəşr etdirib - FOTO

BP daha 5 müəllifin kitabını nəşr etdirib - FOTO
5 mart 2025
# 16:10

"Libraff" kitab evində BP-nin nəşr etdirdiyi 5 azərbaycanlı müəllifin kitabının təqdimatı olub.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, BPşirkətinin təmsilçisi Tamam Bayatlı, bir sıra tanınmış qələm adamları iştirak ediblər.

Tamam Bayatlı qeyd edib ki, yerli yazarlara dəstək məqsədilə 2022-ci ildə başladılan layihənin xətti ilə bundan əvvəl 4 müəllifin kitabı işıq üzü görüb: “Bu il isə 1-i nasir, 4-ü şair olmaqla, 5 yazarın kitabını nəşr etdirmişik. BP şirkəti Azərbaycan ədəbiyyatına daim qayğı göstərib. Bu layihə həm gənc yazarların öz potensialını üzə çıxarmağa kömək edəcək, həm də onları yaradıcılığa ruhlandıracaq. BP Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə daim dəstək olub və bu dəstək həmişə davam edəcək”.

Tədbirdə çıx edən Xalq yazıçısı Anar AYB-nin mütaciətini qəbul edib gənc yazarların kitablarının nəşrinə dəstək verdiyi üçün BP şirkətinə təşəkkür edib. O qeyd edib ki, rəhbərlik etdiyi quruma münasibətdən asılı olmayaraq, bütün istedadlı gənclər, şəxslər AYB üçün qiymətlidir.

Daha sonra AYB-nin katibi şair İlqar Fəhmi, AYB Gənclər şurasının sədri şair Fərid Hüseyn çıxış edərək kitabın əhəmiyyətindən, layihənin məqsədlərindən danışıblar, gənc yazarları təbrik ediblər.

Daha sonra söz müəlliflərə verilib. BP-yə və Yazıçılar Birliyinə təşəkkür edən müəlliflər öz şeirlərini də səsləndiriblər.

Qeyd edək ki, layihə çərçivəsində Qismətin "Tanış küçələrin birində”, Ruslan Dost Əlinin “3 mart”, Ulucay Akifin “Bayılda axşamçağı”, El Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin isə “Gecəni axtaranlar” qısa hekayələr və roman toplusu çapdan çıxıb.

Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64 850 manat (38 147 ABŞ dolları) təşkil edir.

Xatırlardaq ki, bundan əvvəl 2022-ci ildə də BP Azərbaycan ədəbiyyatının gənc müəlliflərindən dörd nəfərin kitabını nəşr etmişdi.

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər