Böyükağa Mirzəzadənin xatirəsi anılacaq

Böyükağa Mirzəzadə

Böyükağa Mirzəzadə

1 noyabr 2021
# 13:25

Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsi anılacaq

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzinin təşkilatçılığı ilə noyabrın 3-də Muzey Mərkəzində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.

Tədbir Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş rəssamın zəngin irsini, yaradıcılığını, həyat və sənət fəaliyyətini geniş təbliğ etmək, onun əziz xatirəsini yad etmək məqsədilə reallaşacaq.

Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olub. Onun yaradıcılığına Avropa rəngkarlığının, Azərbaycan milli sənətinin ənənələri təsir göstərib.

O, Azərbaycan təbiət mənzərələrini, ölkəmizin mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib, teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib.

Rəssamın fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuş və o, dövrünün yüksək orden və medalları, fəxri adları ilə təltif olunmuşdur.

Tədbirin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

# 4232 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər