“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə
3 iyul 2026
# 16:10

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi yeni layihəyə start verib.

Bu barədə kulis.az-a məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanan layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir: "Qeyd etmək lazımdır ki, Borçalı aşıq mühitində tarixən dastançılıq ənənəsi mühüm yer tutub. Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı tədbir – konsert Bakının mötəbər mədəniyyət mərkəzlərindən birində geniş ictimaiyyətə təqdim olunacaq".

Layihə bu aşıq mühiti ilə bağlı daha əhatəli bilgi əldə edilməsində, eləcə də, bu mühitin digər aşıq mühitləri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsində mühüm rol oynayacaq.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər