“Biz xoşbəxt uşaqlarıq” – çoxjanrlı beynəlxalq müsabiqə keçirilir

“Biz xoşbəxt uşaqlarıq” – çoxjanrlı beynəlxalq müsabiqə keçirilir
28 mart 2024
# 09:09

28-29 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Biz xoşbəxt uşaqlarıq” adlı müxtəlif nominasiyalar üzrə çoxjanrlı beynəlxalq müsabiqə keçiriləcək.

Kulis.az xəbər verir ki, Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondu və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin açılış mərasimi Mərdəkan Mədəniyyət Sarayında gerçəkləşəcək.

Azərbaycan-Qazaxıstan dostluq əlaqələrinin daha bir nümunəsi olan müsabiqə musiqi məktəbləri arasında təcrübə mübadiləsinin aparılması, gənc istedadların aşkar edilməsi, onların musiqi duyumunun inkişaf etdirilməsi, yaradıcılıq potensialının genişləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, müsabiqədə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan istedadlı uşaqlar iştirak edəcəklər.

# 2782 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər