Beyonsenin konserti İsveçdə inflyasiyanı artırdı

Beyonsenin konserti İsveçdə inflyasiyanı artırdı
15 iyun 2023
# 13:30

"Renessans" adlı dünya turu çərçivəsində İsveçin Stokholm şəhərində konsert verən Beyonsenin ölkədə inflyasiyanın artmasına səbəb olduğu iddia edilir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki,"The Queen" ləqəbli pop musiqi sənətçisi Beyonse 7 ildən sonra dünya turuna çıxıb. Məşhur müğənninin "Renessans" adlı dünya turu çərçivəsində ilk dayanacağı İsveçin Stokholm şəhəri olub.

Uzun fasilədən sonra konsert verən məşhur müğənnini görmək üçün dünyanın hər yerindən pərəstişkarları İsveçə gəlib. Ancaq BBC-nin xəbərinə görə, müğənninin İsveçdəki konserti restoran qiymətlərinin artmasına və otellərə tələbatın çoxalmasına səbəb olub.

Qeyd edək ki, İsveçdə inflyasiya may ayında gözləntiləri aşaraq 9,7 faizə çatıb. Apreldə 10,5 faiz olan inflyasiyanın may ayında 9,4 faizə enəcəyi proqnozlaşdırılırdı. Otel və restoran qiymətlərindəki artımın inflyasiya rəqəminin gözləniləndən daha yüksək olmasına səbəb olduğu düşünülür.

Danske Bankdan Maykl Gran hadisəyə münasibət bildirərkən "Mən inflyasiyanın artmasına görə Beyonseni günahlandırmaq istəmirəm, lakin dünya turu və onu İsveçə görməyə gələn insanlar inflyasiyaya təsir etdi" deyib.

# 2018 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər