Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Qətərdə görüşləri davam edir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Qətərdə görüşləri davam edir
2 sentyabr 2022
# 16:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Arman İsaqaliyev və Qırğız Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Çingiz Haşımbekov ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın yarandığı gündən etibarən müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirərək, onlar arasında güclü mədəni körpü yaratmağa çalışdığını vurğulayıb. O, təşkilatın qurucu üzv dövlətləri olan Qazaxıstanın və Qırğızıstanın, o cümlədən bütün Türk Dünyasının zəngin irsinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın digər xarici dövlətlərlə əməkdaşlıq əlaqələrini günü-gündən daha da genişləndirdiyini qeyd edib.

Görüşlərdə Türk və ərəb dünyasının mədəniyyətləri arasında qarşılıqlı dioloqun inkişaf etdirilməsinin əhəmiyyətindən, eləcə də bu istiqamətdə birgə addımların atılmasından bəhs edilib.

Qazaxıstan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Arman İsaqaliyev Fondun qazax ədəbiyyatının görkəmli nümayəndələri Abay Kunanbayev və Jambul Jabayev irsinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı gördüyü işlərin əhəmiyyətindən bəhs edərək, təşkilatın fəaliyyətini önəmli töhfə kimi qiymətləndirib.

Qırğız Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Çingiz Heşimbekov məşhur qırğız yazıçı Çingiz Aytmatov yaradıcılığının geniş auditoriyalara çatdırılması, eləcə də qədim “Manas” eposunun təqdiqi yönündə təşkilatın gerçəkləşdirdiyi layihələrin vacibliyini vurğulayıb.

Görüşlər Türk və ərəb mədəniyyətlərinin yaxınlaşdırılması mövzusunda fikir mübadiləsi ilə davam edib.

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər