Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda növbəti görüş keçirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda növbəti görüş keçirildi
18 iyul 2022
# 16:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Romada yerləşən “Sandro Teti” Nəşriyyatının təsisçisi Sandro Teti və bir qrup nümayəndə heyəti ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Fond ilə “Sandro Teti” Nəşriyyatı arasındakı mövcud tərəfdaşlığın daha da genişlənməsi mövzusunda danışıqlar aparılıb.

Görüşdə Fond tərəfindən İtalyada "Sandro Teti" Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində çap olunan “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” və "Nəsimi poeziyası" kitabları Türk dəyərlərinin Avropada təbliğində mühüm addım kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, təşkilat tərəfindən Türk Dünyasının mədəniyyətinin, tarixinin təbliği istiqamətində görülən işlərin yalnız Türk dövlətlərində deyil, eyni zamanda Avropada da maraqla qarşılandığı vurğulanıb.

Görüşdə Türk Dünyasının dahi şəxsiyyətlərinin zəngin irsinin tanıdılması yönündə silsilə kitabların nəşr olunmasının davam etdirilməsiylə bağlı fikir mübadiləsi aparılıb.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər