Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm aksiyasına start verdi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm aksiyasına start verdi
15 mart 2023
# 11:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dünya uşaqları və gəncləri arasında “Türkiyə uşaqlarına sevgi ilə” adlı beynəlxalq rəsm aksiyasına start verib.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş uşaqlara dəstək məqsədilə türk, eləcə də dünya uşaq və yeniyetmələrinin həmrəylik düşüncəsinin formalaşdırılması istiqamətində birləşdirilməsidir.

Rəsm aksiyasına qatılmaq istəyənlər üçün təyin olunmuş şərtlər və qaydalar aşağıdakılardır:

1. İştirakçılar beynəlxalq rəsm aksiyasına bu çətin zamanda Türkiyə uşaqlarına sevgi, dostluq, dəstək və həmrəylik əks etdirən rəsm işlərini təqdim etməlidirlər. Əsərlərin qiymətləndirilməsində əsas meyar – keyfiyyət, fərdi müəllif yanaşması, eləcə də mövzunun dərinliyinin bədii həllidir.

1. Rəsmlər 10 aprel 2023-cü il tarixinədək qəbul olunur. Göstərilən müddətdən gec göndərilən əsərlər aksiyaya qəbul edilmir.

2. Aksiyada iştirak etmək üçün doldurulmuş ərizə (ərizə forması elanın sonuna əlavə edilir) və çəkilmiş rəsmin yüksək keyfiyyətli fotoşəkili [email protected] elektron poçt ünvanına göndərilməlidir. Eyni zamanda, rəsmin əsli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahına (A.Bakıxanov küç.73A, AZ1007, Bakı, Azərbaycan) göndərilməlidir.

3. Layihənin nəticələri əsasında gənc rəssamların əl işləri Fondun rəsmi səhifəsinin qalereya bölməsində yerləşdiriləcək. Layihənin bütün iştirakçıları Fondun sertifikatları ilə təltif olunacaq. Seçilmiş rəsmlər kataloq şəklində nəşr olunacaq, eləcə də Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara birbaşa təqdim ediləcək.


“Türkiyə uşaqlarına sevgi ilə” beynəlxalq rəsm aksiyasında iştirak üçün ərizə forması:

1. İştirakçının adı, soyadı

2. İştirakçının yaşadığı ölkə və şəhəri

3. İştirakçının təvəllüdü

4. Rəsmin başlığı və qısa təsviri

5. İllüstrasiya texnikası

6. Müəllifin əlaqə məlumatları

7. Qeyd

# 2321 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər