Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan universiteti arasında Əməkdaşlıq Memorandumu imzalandı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan universiteti arasında Əməkdaşlıq Memorandumu imzalandı
26 may 2023
# 17:32

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından prezident Günay Əfəndiyeva, Ötvöş Lorand Universiteti adından rektor Laslo Borhi imzalayıblar.

Sənəd Fond və Universitet arasında Türk mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitet nəzdində “Türk Dünyası üzrə Tədqiqat Mərkəzi”nin yaradılması, nəşrlərin birgə tərcümə edilməsi, təhsil müəssisəsinin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, memorandumun icrası ilə bağlı mütəmadi müzakirələrin aparılması kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə Fond və Universitet arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviq edilməsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, 1635-ci ildə əsası qoyulan Universitet Macarıstanın ən böyük və tanınmış təhsil ocaqlarından biridir. 25 000-nə yaxın tələbəsi olan universitetdə 38 bakalavriat, 96 magistr və 118 doktorant proqramı üzrə kadr hazırlığı aparılır.

# 2072 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər