Beynəlxalq Muğam Mərkəzində "Cadenza Contemporary Orchestr"i növbəti konsertini keçirdi

Beynəlxalq Muğam Mərkəzində "Cadenza Contemporary Orchestr"i  növbəti konsertini keçirdi
26 oktyabr 2022
# 18:12

Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində "Cadenza Contemporary Orchestr"i növbəti konsertini keçirib.

Kulis.az xəbər verir ki, “Bach’a qayıdış” adlanan bu konsertdə pianoçu Zakir Əsədov dahi alman bəstəkarı İ.S.Baxın həyatının son dayanacağı olan Leypziq şəhərində yazılmış üç konsertini (f-moll, E-dur, d-moll) Cadenza Contemporary Orchestra ilə birgə ifa edib.

Qeyd edək ki, Zakir Əsədov musiqi təhsilinə Bülbül adına Orta ixtisas musiqi məktəbinin forpepiano sinfində başlamış daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi akademiyasında bakalavriat və magistratura ixtisası üzrə təhsilini davam etdirib.

Respublika və beynəlxalq müsabiqələr laureatı olan Zakir Əsədov 2006-2013-cü illərdə Azərbaycanın nüfuzlu müasir musiqi ansambllarından olan “Con tempo”nun solisti olub.

O, fortepiano konsertləri də daxil olmaqla 50-yə yaxın müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. Zakir Əsədov peşəkar pianoçu olmaqla yanaşı, həm də tədqiqatçı, “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyanın müəllifidir. 2018-ci ildə yazılmış bu monoqrafiyada Azərbaycan professional fortepiano məktəbinin banilərindən biri olan G.Şaroyevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır. Monoqrafiya Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdur.

# 2354 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər