Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti

Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti
17 aprel 2026
# 13:12

Ev-muzeyləri yalnız tarixi məkan deyil, həm də cəmiyyətin mədəni yaddaşını qoruyan və insanları maarifləndirən mühüm mədəniyyət ocaqlarıdır. Ev-muzeyləri tarixi və mədəni irsin qorunması, maarifləndirmə və təhsil, vətənpərvərlik və milli dəyərlərin təbliği, turizmin inkişafı və mədəniyyətin təbliğində mühüm rol oynayırlar.

Artıq 2-ci ildir ki, İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək Beynəlxalq ev-muzeyləri günlərini təşkil edirlər. Bu il Beynəlxalq ev-muzeyləri günləri aprelin 18-19-da qeyd olunacaq. Ölkəmizdə də bir sıra ev-muzeyləri bu tədbirə qoşulub.

Bu münasibətlə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq ev-muzeyləri günləri çərçivəsində “Klassik musiqi konserti” keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında möhtəşəm konsert proqramı təqdim olunub. Peşəkar musiqiçilərin ifasında görkəmli bəstəkarlarımız T.Quliyevin “Məhəbbət çırağı”, Ə.Abbasovun “Gənclik rəqsi”, Ü.Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", S.Rüstəmovun “Gözəl Şuşam” kimi əsərləri səsləndirilib.

Bununla yanaşı, tədbir çərçivəsində “Seçilən stil: Mstislav Rostropoviç üçün yaradılanlar” adlı sərginin açılışı da baş tutub. Sərgidə ilk dəfə dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin muzeyin fondunda qorunan unikal geyimləri (kostyumları, köynəkləri, ayaqqabısı və s.) nümayiş olunub.

Tədbirdə qonaq qismində şəhərimizdə fəaliyyət göstərən Ü.Hacıbəyli, N.Nərimanov, S.Vurğun, A.Şaiq və digər ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Çıxış edən qonaqlar ev-muzeylərinin cəmiyyətdəki rolunu və önəmini vurğulayıblar. Eyni zamanda, ev-muzeylərində görülən işlər, bu sahədə əldə olunan nailiyyətlər və mövcud problemlər ətrafında müzakirələr aparılıb.

# 1135 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər