Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi

Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirildi
15 sentyabr 2026
# 13:21

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin rəhbərlərinin növbəti – VII görüşü çərçivəsində Seyyid Yəhya Bakuviyə həsr olunmuş Beynəlxalq Bakuvi Konfransının bölmə iclasları keçirilib.

APA xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nümayəndəsi Rəvan Həsənov Türk dünyasının dini liderlərinin bir araya gəlməsinin mühüm hadisə olduğunu bildirib.

O, konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Avropa Türk-İslam Birliyinin baş direktoru Musa Sərdar Çələbi isə TDT çərçivəsində həmrəylik və dayanışma içində olmağın əhəmiyyətindən danışıb. O bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha böyük nailiyyətlər əldə etmək üçün birlik və dayanışma içində olmaq lazımdır.

Beynəlxalq Bakuvi Konfransında İranın Qum Elmi Hövzəsinin alimi Ayətullah Şeyx Məhəmməd Rza Mustafa Manejheri Naini Azərbaycanda İslam elmi ilə bağlı geniş ensiklopediyanın hazırlanmasına ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan bu gün Qafqazın coğrafi hüdudlarını aşan və İslam ruhaniyyətində böyük iz qoymuş bir şəxsiyyəti öz məkanında yaşadan ölkədir.

Konfrans çərçivəsində Türk dünyasının müsəlman dini idarələrinin rəhbərlərinin bir araya gəlməsi, fikir mübadiləsi aparması, təcrübə paylaşması və müasir cəmiyyətlərdə dini qurumların rolu ilə bağlı müzakirələr aparılıb.

# 590 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər