Bəy ailəsində doğulsa da, kimsəsiz böyüdü, qadın paltarında səhnəyə çıxdı, gözləri tutuldu – Kinomuzun Rüstəm bəyi

Bəy ailəsində doğulsa da, kimsəsiz böyüdü, qadın paltarında səhnəyə çıxdı, gözləri tutuldu – Kinomuzun Rüstəm bəyi
5 dekabr 2022
# 12:05

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.


Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda bəy ailəsində anadan olub. Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra Bakıya köçüb.

***

Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

Qardaşı Ağayar Hüseyn Ərəblinskinin truppasında rejissor işləyib. Tamaşa zamanı qadın rolunun ifaçısı xəstələndiyi üçün Ağayar həmin rola on beş yaşlı Ağasadığı aparır. Ağasadıq ilk dəfə səhnəyə qadın paltarında çıxır. Tamaşa zamanı səhnədə Ərəblinskinin ağladığını görəndə o, dözməyib səhnədən qaçır.

***

Bir neçə il sonra isə Ağasadıq “Şəfa” teatr dərnəyini yaradır. Milyonçu Hacı Zeynalabdin Tağıyev dərnəyin işini o qədər çox bəyənir ki, aktyorların hamısını qızılla mükafatlandırır.

***

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəylini ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edib. İlk səssiz filmlərimizdən biri olan “Sevil” filmində ona Balaş rolunu təqdim edib.

***

"Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy obrazı aktyora böyük məşhurluq gətirib.

Aktyorun sonuncu rolu “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazı olub. Rolunu o qədər mükəmməl oynayır ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür.

***

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunmuşdur. Yubileydə aktyorun obrazını Rafiq Əzimov ifa edib.

# 4477 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər