Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi

Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirildi
27 aprel 2026
# 12:18

Finlandiyanın paytaxtı Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi tədbir təşkil edilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində şairin 50 şeiri və “Gülüstan” poeması Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Azərbaycan dilindən fin dilinə tərcümə edilib və Finlandiyanın Palladium Kirjat nəşriyyatında çap olunub.

Tədbirin təşkilatçısı və aparıcısı, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğulayıb və bu cür layihələrin mədəniyyətlərarası dialoqu gücləndirdiyini qeyd edib.

Proqram çərçivəsində şairin şeirləri həm Azərbaycan, həm də fin dillərində səsləndirilib. Gecədə pianoda Leyli Hüseynova çıxış edib, Sevinc Rüstəmova, Sabina Mirzəyeva, Sura Ağaverdiyeva və Mona Safocifar tərəfindən şeirlər səsləndirilib.

Həmçinin Ülviyyə Cabbarova tərəfindən hazırlanmış, şairin həyatı və yaradıcılığına həsr olunmuş fin dilində video təqdim edilib.

Bu ədəbi gecə Azərbaycan ədəbiyyatının Finlandiyada tanıdılması istiqamətində mühüm addım olmaqla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Tədbirdə Finlandiyanın tanınmış yazıçıları, Helsinki Universitetinin professorları, Azərbaycan diasporunun nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

# 942 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər