Bəxtiyar Vahabzadənin kitabı özbək dilində təqdim edilib

Bəxtiyar Vahabzadənin kitabı özbək dilində təqdim edilib
5 dekabr 2025
# 15:47

Fərqanə Dövlət Universitetində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin kitabının özbək nəşrinin - "Jonimga jo – Ozarbayjonim" təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş "Azərbaycan incəsənəti və ədəbiyyatı günləri" proqramı çərçivəsində keçirilib.

Təqdimat şairin 100 illik yubileyinə həsr olunub.

Fərqanə Dövlət Universitetinin birinci prorektoru Zakir Rəhimov Azərbaycan və Özbəkistan arasında ədəbi əməkdaşlığın aktivləşdiyini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində yüksək etimad və qardaşlığa əsaslanır.

Özbəkistanlı alim və incəsənət xadimlərinin çıxışlarında B.Vahabzadə yaradıcılığının mədəni dialoqda mühüm rol oynadığı, klassik və müasir poetik ənənələr arasında əlaqəni qoruduğu qeyd edilib.

Tədbirin bədii hissəsində "Xarı Bülbül" teatr truppası şairin şeirləri əsasında dramatik kompozisiya təqdim edib ki, bu da iştirakçıların böyük marağına səbəb olub.

# 2051 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər