Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində

Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində
15 iyul 2025
# 16:30

Filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevanın Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə gürcü dilində hazırladığı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Bəxtiyar Vahabzadə poeziyasında istiqlal ideyası” adlanan elmi monoqrafiyanı Tbilisidəki “Universal” nəşriyyatı çap edib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Almaz Əliqızı, rəyçiləri isə professor Vaqif Sultanlı və dosent İradə Rəhmanovadır.

Monoqrafiyada Bəxtiyar Vahabzadənin poeziyasında istiqlal düşüncəsi, milli ruh, vətən sevgisi və azadlıq ideyalarının poetik və fəlsəfi təhlilinə yer verilir. Kitab daha öncə Azərbaycan, türk, Ukrayna, rus, ingilis və ərəb dillərində çıxıb. Müəllif deyib ki, onu müxtəlif kitabxanalara, ali təhsil müəssisələrinə və ədəbi dairələrə təqdim edəcək: “Məqsədim Bəxtiyar Vahabzadənin poeziyası əsasında milli kimlik, istiqlal və azadlıq ideyasını müxtəlif dillərdə və mədəniyyətlərdə yaşatmaqdan, ədəbi-mədəni dialoqu daha da genişləndirməkdən, şairin zəngin ədəbi irsinin beynəlxalq oxucu kütlələri arasında geniş şəkildə yaymaqdan ibarətdir”.

# 1833 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər