Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?

Bestseller müəllifi "maska"sını çıxardı: Məşhur yazıçı əslində, kimdir?
18 aprel 2026
# 13:30

Bestseller trillerləri ilə bütün dünyada səs salan və indiyə qədər həqiqi kimliyini gizli saxlayan yazar Freida Makfadden nəhayət ki, pərəstişkarlarına sirrini açıb.

Kulis.az xəbər verir ki, kütləvi tirajlarla satılan populyar romanların sirli müəllifi əslində, Sara Kohen adlı amerikalı həkimdir.

Parik, eynək və ikili həyat

İctimaiyyət arasına daim parik və eynəklə çıxan, əsərlərini təxəllüs altında yazan 45 yaşlı müəllif "USA Today" nəşrinə verdiyi müsahibədə şəxsiyyətini açıqlamağa qərar verdiyini bildirib:

"Karyeramın elə bir nöqtəsindəyəm ki, artıq bunun bir sirr olmasından yorulmuşam. İnsanların mənim real bir insan olub-olmadığımı və ya üç kişinin bir yerə yığılıb bu kitabları yazmasını müzakirə etməsindən bezmişəm. Mən bir insanam və gizlədəcək heç nəyim yoxdur".

Onun xarici görünüşü bilərəkdən seçilmiş bir maskalanma kimi görünsə də, Kohen həyatda doğrudan da eynək taxdığını, parikdən isə sadəcə saçını necə formaya salacağını bilmədiyi üçün istifadə etdiyini etiraf edib.

Həkimlikdən yazıçılığa

Sara Kohen sadəcə uğurlu bir yazıçı deyil, həm də beyin xəstəliklərini müalicə edən peşəkar bir həkimdir. O bildirib ki, yazıçılıq fəaliyyətini xəstəxanadakı işindən ayrı tutmaq və işinə xələl gətirməmək üçün əvvəlcə anonimliyi seçmişdi. Lakin zamanla həmkarları onun bu "ikili həyatından" xəbərdar olub və sirrini mehribanlıqla qoruyublar. Hazırda Bostonda yaşayan və iki uşaq anası olan müəllif yalnız arabir tibbi növbələrə çıxdığını, hər iki karyeranı eyni vaxtda idarə etməyin dözülməz hala gəldiyini vurğulayıb.

Hollivud uğuru və yeni filmlər

2013-cü ildə müstəqil şəkildə nəşr etdirdiyi "The Devil Wears Scrubs" romanı ilə ədəbiyyat dünyasına qədəm qoyan yazar 2022-ci ildə "The Housemaid" (Qulluqçu) trilleri ilə qlobal miqyasda böyük kommersiya uğuru qazanıb. İndiyədək 27 roman yazan Kohenin kitabları milyonlarla nüsxə satılıb.

"The Housemaid" əsəri əsasında Sidney Svini və Amanda Seyfridin baş rollarını ifa etdiyi eyniadlı film dünyada təqribən 400 milyon dollar kassa gəliri əldə edib. Hazırda filmin davamı olan və müəllifin növbəti romanına əsaslanan "The Housemaid’s Secret" (Qulluqçunun sirri) üzərində işlər gedir. Ekran işində Sidney Svini ilə yanaşı, Kirsten Danst da yer alacaq.

Şəxsiyyətini açıqlamasına baxmayaraq, Sara Kohen gələcək kitablarını yenə də Freida Makfadden adı altında nəşr etdirəcəyini qeyd edib:

"Adım sürpriz olsa da, başqa heç nə dəyişməyəcək. Mən oxucularımla həmişə səmimi olmuşam".

# 1195 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər