“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin yeni nəşri təqdim olundu

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”nin  yeni nəşri təqdim olundu
27 aprel 2026
# 10:40

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabının yeni nəşrinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva kitabın yeni nəşri barədə məlumat verib. O qeyd edib ki, “TEAS Press” nəşriyyatının çap etdiyi kitabda “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə yanaşı, müəllifin digər əsərləri, həmçinin “Təhminənin son sirri” hekayəsi yer alıb.

Xalq yazıçısı Anar həm həyatının, həm də yaradıcılığının maraqlı məqamlarını oxucuları ilə bölüşüb.

Tədbir sual-cavab formatında davam edib.

Təqdimat mərasimində Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsertmeysteri Lalə Bağırzadə Xalq yazıçısının romanı əsasında çəkilmiş məşhur “Təhminə” filmində istifadə olunmuş musiqi parçalarını pianoda ifa edib.

Tədbirin sonunda müəllif oxucuların kitablarını imzalayıb.

# 1115 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər