"Belle" filmi təqdim olundu

"Belle" filmi təqdim olundu
7 aprel 2022
# 12:40

Aprelin 6-da Nizami Kino Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rejissor İnara Kolmanenin "Bille" filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib. O, İ.Kolmanenin lentə aldığı filmlərin əhəmiyyətindən bəhs edib.

Bakıya ikinci dəfə səfər etdiyini bildirən filmin rejissoru İnara Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.

"Sizin şəhərinizi sevirəm. Yenidən Bakıya gəldiyim üçün çox şadam. Ümid edirəm ki, "Bille" filmi də sizin xoşunuza gələcək. Film yeddi yaşlı Bille adlı balaca qızın həyatından bəhs edir. Filmdə qadınlara, sülhə və azadlığa yer verilib", - deyə filmin rejissoru qeyd edib.

Sonra film geniş auditoriyaya təqdim edilib.

# 2884 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər